BölgəİranSiyasət

Rusiya İran və İsrail arasında dialoqu asanlaşdırmağa hazırdır

Aznews.tv xəbər verir ki, Rusiyanın diplomatik dairələrindəki məlumatlı bir mənbə bölgədəki bütün ölkələrin İrana qarşı birləşəcəyi təqdirdə bunun müharibəyə səbəb olacağını bildirib.

Sputnik-in məlumatına görə, məlumatlı mənbə İsrail və İran arasında dialoqun asanlaşdırılması barədə bunları deyib: “Regional təhlükəsizliyin təmin olunmasına dair bizim (Rusiyanın) mövqeyimiz bəzi ölkələrla müqayisədə tamamilə fərqlidir. Biz bir ölkəni yalnız nəzərdən keçirmək əvəzinə, hamının maraqlarını nəzərə alınmalıdır. “Bu (bölgədə) daha böyük təhlükəsizliyə aparan yoldur.”

Mənbənin sözlərinə görə, Rusiya “İrandakı çıxışlar və açıqlamaların İsrail rəhbərliyini narahat etdiyini başa düşür”, lakin o hesab edir ki, “məsələ İranla bağlı deyil, bölgədəki bütün ölkələrə aiddir”.

“Bütün region ölkələri İrana qarşı birləşəcəyi təqdirdə, bu heç bir təhlükəsizlik problemini həll etməyəcək, əksinə müharibəyə səbəb olacaq”,- deyə mənbə əlavə edib.

Qeyd edək ki, bununla yanaşı, Rusiyanın BMT-dəki nümayəndəsi bu gün Körfəzdəki Təhlükəsizlik Sammiti zamanı bildirib ki, birtərəfli addımlar bölgədəki köhnə və yeni problemlərin həll edilməsinə kömək etməyəcək və tərəfləri deskalasiya istiqamətində addım atmağa çağırıb.

 

Aznews.tv

 

Related Articles

Bir cavab yazın

Back to top button