DünyaİranSiyasət

Rusiya İranın çətin anlarında yanında olub – Zərif

Çətin anlarımızın dostu Rusiya ilə başqa bir razılaşma edəcəyimizə əminik.

Aznews.tv xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Moskvada jurnalistlərə açıqlamasında deyib. O, Rusiyanı “ağır günlərin dostu” olaraq dəyərləndirib.

“Rusiya İran İslam Respublikasının çətin anlarında yanında olub. Biz çalışqan dostlarımızla başqa bir razılaşma əldə edəcəyimizə inanırıq. Rusiyadakı dostlarımızı, Fransadakı son hadisələr və danışıqlar haqqında məlumatlandırmalıyıq. Əvvəlcə, çinli dostlarla görüşmək üçün Çinə getdim. İndi isə dostlarıma son hadisələr haqqında məlumat vermək və Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə görüşmək üçün Rusiyaya gəldim. Onu son olayların inkişafı barədə məlumatlandıracağam”.

Qeyd edək ki, bu, Zərifin son altı ildə Moskvaya 27-ci rəsmi səfəridir.

Related Articles

Bir cavab yazın

Back to top button