Site icon Aznews TV

Rusiya ordusu Kiyevə İran PUA-ları ilə hücum edib

bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayış baş verib. Kiyev, Jitomir və Vinnits vilayətlərində də həyəcan siqnalı verilib.

İtki və dağıntılar barədə hələlik məlumat yayılmayıb.

Ukrayna Hərbi Hava Qüvvələri paytaxtın və vilayətin səmasında Rusiya ordusuna məxsus İran istehsalı olan 10 PUA-nı məhv edib.

Məlumata görə, PUA-ların hücum etdiyi Kiyev şəhərinin Şevçenko rayonunda 71 sənaye kompleksi yerləşir.(Report)

Exit mobile version