Site icon Aznews TV

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini intensiv atəşə tutub

bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat yayıb.

“Bu gün Nikolayev intensiv atəşə məruz qalıb. Yəqin ki, bütün zamanların ən güclüsüdür. Güclü partlayışlar saat birdən sonra və səhər saat beş radələrində eşidilib”- o bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayışlar baş verib, o cümlədən kasetli mərmilərin düşdüyü ərazilərdə yanğınlar başlayıb.

“Bir sıra obyektlər dağılıb, yaşayış binalarına ziyan dəyib. Hazırda ərazidə xilasedicilər işləyir. Biz ətraflı məlumat toplayırıq”.(Report)

Exit mobile version