İran

Danisfahan, Abgərm şəhərlərindən yanğınsöndürmə istqahları və təchizatları yoxdur

Qəzvin Ustanı Şəhər İşləri və Şuraları Dəftərinin baş müdiri Mustafa Salehi, “Danisfahan və Abgərm şəhərlərindən savayı, Qəzvin ustanın 23 şəhərində yanğınsöndürmə istqahları və təchizatları vardır”, – deyə bildirib.

Salehi eləcə də əlavə edib ki, hazırda Danisfahanın yanğınsöndümə istqahının tikilişi yazdə 40 irəliləyib. Abgərm şəhərinin istqahının tikilməsinə də yer axtarılır. Yanğınsöndürmə istqahlarının olmadığına baxmayaraq, bu şəhərlərdə ehtimal olunan hadisələri önləməyə ilkin təchizat vardır.
Mustafa Salehinin sözlərinə görə, hazırda Daxili İşlər Vizarəti yanğınsöndürmə maşınları və təchizatın verilməsi üzrə ustanların listi hazırlanır.
“Bu ildə imtahan keçirməklə 66 yanğınsöndürən işçi götürülüb. Onlardan 52 nəfəri işləyir, qalanı isə qarşıdakı iki ayda öz xidmət göstərəcəkləri sazimanlara göndəriləcəklər. Yanğınsöndürənlərin xidmətə başlayarkən təlimləri hər il və ardıcıl keçirilir. Ustanın yanğınsöndürmə sazimanlarında 382 nəfər çalışır və ustanın 98 ədəd də yanğınsöndürmə maşını var”, – deyə Qəzvin Ustanı Şəhər İşləri və Şuraları Dəftərinin baş müdiri Mustafa Salehi sözlərinə əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button