BölgəCəmiyyət

Rusiya öz vətəndaşlarına İraqa getmək barədə xəbərdarlıq etdi

Aznews.tv “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İraqa getməməyə çağırır.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “İraqda bəzi iğtişaşlar və terror aktlarının artması ilə əlaqədar vətəndaşlarımıza bu ölkəyə səyahət etməmələrini tövsiyə edirik”.

Açıqlamada habelə rusiyalıların İraqa səyahətinin təhlükəli olacağı da vurğulanıb.

Qeyd edək ki, İraqın müxtəlif bölgələrində hökumət əleyhinə nümayişlərin ikinci dalğası 25 oktyabrda başlayıb və bugünədək davam edir.

İraqlılar oktyabrın 1-dən də Bağdad və ölkənin cənub şəhərlərində korrupsiya, işsizlik və sosial xidmətlərin olmamasına etiraz olaraq bir həftəlik etiraz aksiyası keçirib.

İraq təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz və döyüş mərmilərindən istifadə edib.

Bu günə qədər nümayişlərdə 275-dən çox adam həlak olub, minlərlə insan yaralanıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close