Site icon Aznews TV

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb

Səfirə Rusiyanın uşaq hüquqları üzrə keçmiş komissarı Pavel Astaxovun bəyanatı ilə əlaqədar etiraz edilib.

“Mayın 5-də Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiyanın keçmiş Ombudsmanı Pavel Astaxovun Polşa səfirini qətlə yetirməyə çağıran bəyanatı ilə bağlı Rusiya nümayəndəsinə etiraz notası təqdim edilib”, – Polşa XİN-dən bildiriblər.

Polşa tərəfi yaranmış vəziyyətlə bağlı kəskin etirazını bildirib və cinayət işinin başlanmasını, cinayətkarın dərhal cəzalandırılmasını gözlədiyini deyib. (azpost)

Exit mobile version