Site icon Aznews TV

Rusiya sülhməramlıları Qarabağda qəzaya düşdülər

Qarabağdakı Rusiya sülhməramlılarının olduğu avtomobil qəzaya düşüb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilir ki, hadisə Xankəndi-Əsgəran yolunun 4 kilometrliyində baş verib.

“Suzuki Vitara” markalı avtomobil Rusiya sülhməramlılarının olduğu “Ural” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Suzuki”nin sürücüsü və sərnişin yerindəcə ölüb. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Qəzanın pis hava şəraiti səbəbindən baş verdiyi deyilir.

Exit mobile version