Dünya

Rusiya Türkiyə ərazisi üzərində bir uçuş həyata keçirəcək

Rusiya 25-28 fevral tarixlərində Açıq Səma Müqaviləsi çərçivəsində Türkiyə ərazisi üzərində bir uçuş həyata keçirəcək.

Bu haqda məlumatı Rusiya Federasiyası Müdafiə Nazirliyi yayıb.

Rusiya Milli Nüvə Risklərinin Azaldılması Mərkəzinin rəhbəri Sergey Rıjkovun sözlərinə görə, Rusiya Federasiyası Türkiyə Respublikasının ərazisinə Rusiyanın TU-154M-LK-1 müşahidə təyyarəsində müşahidə uçuşu həyata keçirməyi planlaşdırır.

Məlumata görə, uçuş 25-28 fevral tarixlərində Eskişehir Açıq Səma hava limanından reallaşacaq, uçuş məsafəsi 1900 kilometrə çatacaq.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close