Site icon Aznews TV

Rusiya Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisini axtarışa verib

Aznewstv xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Onun konkret olaraq hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.

Qeyd edək ki, 2023-cü il aprelin 21-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Budanovu qiyabi həbs edib. O, Krım körpüsündə partlayışa görə məsuliyyət daşımaqda ittiham edilib və Rusiya Cinayət Məcəlləsinin maddələri ilə terrorçuluq və silahdan qanunsuz istifadə maddələri ilə ittiham olunub.

Xatırladaq ki, 2022-ci il oktyabrın 8-də Krım körpüsündə güclü partlayış baş verib. Yük maşınının partlaması nəticəsində avtomobil yollarına və dəmiryol relslərinə ciddi ziyan dəyib. Sonradan məlum olub ki, partlayışı Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib.

Exit mobile version