Site icon Aznews TV

Rusiya Ukraynaya qarşı fosforlu silahdan istifadə etdi

O deyib ki, ağ fosforlu sursat iki əsas yolla zərər verə bilər: yanıqlar və tüstülərin inhalyasiyası zamanı.

Tərkibində ağ fosfor olan silahların, beynəlxalq müqavilələrə əsasən, insanlar məskunlaşan ərazilərin daxilində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadəsi qadağandır.

Daha əvvəl ruslar Luqansk vilayətində fosforlu sursatdan istifadə ediblər.

Aleksey Beloşitski əlavə edib ki, fosforlu sursatlar sarsıdıcı və dağıdıcı nəticələrə gətirib çıxarır.

Ağ fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır. (modern.az)

Exit mobile version