Dünya

Rusiya və Çin nüvə silahına milyardlar xərcləməmizin qarşısını alır – Tramp

Rusiya və Çinin silah nəzarəti müqavilələri olmazsa, ABŞ dünyanın ən güclü nüvə silahlarını yaratmaq iqtidarındadır.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə qubernatorlarla olan iclasında deyib.

“Rusiya və Çin bizimlə danışıqlar apararaq nüvə silahına milyardlar xərcləməmizin qarşısını almaq üçün əlindən gələni edir” – deyə prezident bildirib.

Prezidentin sözlərinə görə, ABŞ-ın çoxlu super sürətli raketləri var və bunun səbəbi odur ki, həm Moskva, həm də Pekinin eyni cür silahlara sahibdir:

“Mən super sürətli deyirəm çünki, bizim raketlər adi raketlərdən dörd, beş, altı hətta yeddi dəfə çox sürətlidir. Bizim bu raketlərə ehtiyacımız var. Çünki yenidən təkrar edirəm ki, Rusiyada eyni qurğular var. Onlar bunu necə əldə edib? Bu haqda danışmaq istəmirəm, amma çox guman ki, bizdə hələ bu silahlar olmadığı vaxtda Rusiya bu silah planlarını Obama hakimiyyəti dövründə ələ keçirib. Bu, çox pis haldır. Lakin bildiyiniz kimi Çin də bunu etməkdədir”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close