AzərbaycanİranMəqalələr

Təbrizdəki türbə və məqbərələr – Nəştban kitabəsi

Makudan cənub-şərqdə, Ağçay çayı vadisində, Sərab–Ərdəbil yolunun 25-ci kilometrində, Savalanın cənub ətəklərində yerləşən Nəştban kəndi yaxınlığında uzunluğu 4,5 metr, eni 2,10 metr, hündürlüyü isə 2,60 metr olan qaya üzərində bir abidə yerləşir.

Bu abidə böyüklüyünə görə az qala Van qalası və Topraqqala ilə müqayisə ediləcək qədər möhtəşəmdir. Tehran Arxeoloji Muzeyində saxlanılan kitabənin sayəsində müəyyən edilmişdir ki, qala Urartu dövrünə aiddir.

13 sətirdən ibarət olan bu daş kitabənin bəzi hissələri məhv olmuşdur. Kitabənin aşağı tərəfində sayı 100-dən çox olan böyük daşlar şaquli formada yerə taxılmışdır, onların ən böyüyünün 4 metr uzunluğu var.

Abidənin oxuna bilən hissələrinin tərcüməsi isə aşağıdakı kimidir: “Xaldinin qorxulu qüvvəsi ilə Arqişti Rusahinili deyər: “Mən yurdları fəth etdim, Mona çayının sahilinə qədər gedib oradan geri döndüm. Mən Girdo, Gitohani, Tavişdo şəhərlərini və 222 (kitabənin bu hissəsi oxunmur – Q.Şəhriyar) şəhərini fəth edib oralardan bac aldım. Arqişti deyir, kimsə ki bu kitabəni xarab edərsə, …” (Xaldin Urartu tanrısıdır. Urartu dövlətinin ikinci paytaxtı olan torpaqqalanı II Rusa zimzim qayalıqları üzərində qurmuşdur. О dövrə aid mənbələrdə şəhərin adı Rusahinili göstərilir. Rusahinili “Rusanın tikdiyi şəhər” deməkdir. Bu şəhər e.ə. 735-ci ildə Assur hökmdarı III Tiqlat-Pileserin Tuşpaya hücumdan sonra inşa edilmişdir).

Related Articles

Bir cavab yazın

Back to top button