BölgəDünya

Rusiya və Türkiyə İdlibdə M-4 Hələb-Latakiya magistral yolunda ikinci patrulu həyata keçirir

Rusiya və Türkiyə Suriyanın şimal-qərbindəki İdlib əyalətində M-4 Hələb-Latakiya magistral yolunda ikinci patrulu həyata keçirir.

Türkiyə tərəfi Suriyanın İdlib bölgəsində Rusiya-Türkiyə ortaq patrullarına mane olan radikal ünsürləri zərərsizləşdirməyə söz verib.

Açıqlamaya görə, Ankaranın tezliklə həyata keçirəcəyini vəd etdiyi tədbir, M4 Hələb-Latakiya avtomobil yolunun magistral yolun altı kilometr şimal və cənub istiqamətində hərəkət etməsini təmin etmək üçün yaradılan təhlükəsizlik dəhlizində baş tutacaq.

Mərkəz əlavə edib ki, son müştərək patrul təhlükəsizlik problemləri ilə əlaqədar qısaldılmış marşrutda baş tutub.

Xatırladaq ki, martın 5-də Rusiya və Türkiyə prezidentləri Suriyanın İdlib əyalətində gərginliyin artması ilə bağlı danışıqlar aparıb. Görüşdən sonra tərəflər Astana formatına sadiqliyini bir daha təsdiqləyib və atəşkəs rejiminin tətbiq olunduğunu elan edib. Tərəflər həlledici M4 avtomobil yolunun birgə patrul edilməsi barədə razılığa gəlib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close