Site icon Aznews TV

Rusiya və Qazaxıstan prezidentləri Qarabağı müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

TASS xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər: “Qazaxıstan Prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşi və hərbi əməliyyatları dayandırmaq səylərinin effektivliyini qeyd edib”.

Qeyd edilir ki, hər iki tərəf noyabrın 9-u əldə olunan tədbirlər kompleksini yüksək qiymətləndirib.

Exit mobile version