Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Rusiya və Ukrayna İstanbulda sülh nizamlanması haqqında layihələri müzakirə edəcəklər

Rusiya və Ukraynanın bir-birinə təqdim etdiyi sülh nizamlanması haqqında memorandum layihələri iki ölkə arasında birbaşa danışıqların üçüncü raundunun əsas mövzusu olmalıdır.

“ANT”Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Danışıqların mövzusu kifayət qədər mürəkkəbdir: digər məsələlərlə yanaşı, ikinci raund zamanı mübadilə edilmiş həmin memorandum layihələri də müzakirə olunmalıdır”, – o qeyd edib.

D.Peskovun sözlərinə görə, Rusiya tərəfi İstanbul danışıqlarından irəliləyişlər gözləmir.

“Ukrayna nizamlanması mövzusu o qədər mürəkkəbdir ki, həlak olanların meyitlərinin qaytarılması və ya mübadilələr barədə razılaşmaların əldə edilməsi artıq bir nəticədir. Hər hansı bir irəliləyiş gözləmək üçün heç bir əsas yoxdur. İndiki vəziyyətdə bunun mümkün olması ehtimalı azdır”, – o vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button