CəmiyyətDünya

Rusiya xalqının Putinə inamı kəskin azalıb

Rusiya xalqının Putinə inamı 2017-ci illə müqayisədə kəskin azalıb.

Bu qənaətə yeni sorğunun nəticələri əsasında gəlinib. Nəticələr göstərir ki, rusların Prezident Vladimir Putinə inamı son iki ildə azalıb və prezidentlik postuna qayıtdığı 2012-ci ildən ən aşağı səthə enib.

“Lavada Mərkəzi” Müstəqil Müəssisəsi tərəfindən hazırlanan və nəticələri fevralın 12-i açıqlanan rəy sorğusu əvvəlki sorğularda olduğu kimi, 2000-ci ildən ölkəyə rəhbərlik edən Rusiya prezidentinə dəstəyin azaldığını göstərir.

Yeni sorğuya əsasən, cavab verənlərin yalnız 35 faizi Vladimir Putinə etimad etdiklərini bildirib. Halbuki, bu göstərici 2017-ci ilin noyabrında 59 faiz olub.

“Öncəki (2017-ci ilin novambrı) sorğuya nisbətən yüzdə 24 azalma həqiqətən ciddi fərqdir”, – deyə, “Lavada Mərkəzi” Müəssisəsinin müdiri Lev Qudkov “Azadlıq Radiosu”na bildirib.

Rusiyanın digər iki yüksək rəsmisi Müdafiə naziri Serqey Şoyqu və Xarici İşlər naziri Sergey Lavrova inam isə Putindən bir qədər yüksək olub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close