BölgəDünya

Rusiyadan Haftara kritik dəstək: Amerika PUA-sı vuruldu

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Baş Müfəttişliyinin Konqresə təqdim etdiyi hesabatda, Rusiyanın Liviyadakı hərbi mövcudluğunun ABŞ-ın bölgədə terrorizmlə mübarizə fəaliyyətlərinə zərər verdiyi bildirilib.

Hesabatda ötən il Rusiyanın “Vaqner” silahlı qüvvələrinin sayının önəmli dərəcədə artdığı qeyd edilib.

Rusiyanın Liviyada qiyamçı general Xəlifə Haftara bağlı orduya dəstək verdiyi bildirilən sənəddə qeyd edilib ki, ötən il Moskva bölgədəki hərbi qüvvələrinin sayını 800-1400 nəfərədək artırıb.

Baş Müfəttişlik sənəddə ötən il oktyabrın 21-də Haftar ordusuna dəstək verən rusiyalı muzdluların (“Vaqner”) Liviyada ABŞ Silahlı Qüvvələrinə məxsus dronu (PUA) vurduğu da bildirib.

Haftar ordusunun ABŞ-ın bölgədəki fəaliyyətlərinə hansı formada təsir göstərdiyi məsələsinə isə hesabatın məxfi hissəsində yer verildiyi qeyd olunub.

ABŞ-ın BMT tərəfindən tanınan Liviya Milli Sülh Hökuməti ilə terrorizmə qarşı mübarizə apardığı məsələsinə də sənəddə yer verilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close