BölgəİranSiyasət

Rusiyalı jurnalistin İranda həbsinə Kremldən reaksiya/ İslam Respublikası geri çəkildi

İran hökümətinin sözcüsü: Onun saxlanılması casusluq yox, viza pozuntuları ilə əlaqədardır

Aznews.tv “Sputnik”ə istinadən xəbər verir ki, rəsmi Kreml İranda rusiyalı jurnalistin saxlanılmasından narahatlıq keçirdiyini bildirərək, onun tezliklə azad olunacağına ümivar olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov rusiyalı jurnalistin İranda saxlanılmasına reaksiya verərək, bunun narahatlıq doğurduğunu və jurnalistin tezliklə azad olunacağına ümid etdiyini qeyd edib.

Qeyd edək ki, Bundan əvvəl Rusiyanın İrandakı Səfirliyinin katibi Andrey Qanenko, sentyabrın 29-da Rusiya vətəndaşı Yulia Yuzikin mövcud məlumatlara əsasən Tehrana xüsusi bir dəvətlə getdiyini bildirmişdi.

Tehrana daxil olduqdan sonra onun pasportu naməlum səbəblərə görə “İmam Xomeyni” Hava limanı polisi tərəfindən müsadirə edilib. Oktyabrın 2-də Rusiya vətəndaşı İran paytaxtındakı bir mehmanxanada olarkən həbs edilib.

İran hökümətinin sözcüsü (bugün): Rusiyalı jurnalistin həbsi casusluqla deyil, vizaya aid qanun pozuntusu ilə əlaqədardır!

Hökümət sözcüsü Əli Rəbii deyib: “Rusiyalı jurnalistin həbsi casusluq məsələləri ilə deyil, onun vizası ilə əlaqədardır!”

İLNA-nın məlumatına görə, hökumət sözcüsü rusiyalı jurnalistin həbsi ilə bağlı deyib: “Bu xəbəri eşidəndə müvafiq qurumların rəhbərləri ilə danışdım, onun işi casusluqla deyil, viza pozuntusu ilə əlaqədardır və tezliklə araşdırılacaq”.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button