BölgəCəmiyyətİran

Rusiyanın Energetika naziri İranla əməkdaşlıqda qərarlıdırlar – Novak

 

Rusiyanın Energetika naziri Aleksandr Novak ölkəsinin enerji sahəsində İranla əməkdaşlığa davam etmək istədiyini bildirib.
İranın Dövlət Ajansı İRNA-nın verdiyi məlumata görə, rus nazir bu barədə İsfahanda təşkil edilən 15-ci İran-Rusiya ortaq iqtisadi həmkarlıq toplantısında danışarkən deyib. Həmin toplantı üçün Rusiyadan 120 nəfərlik bir heyət bazar ertəsi İsfahana gəlib. 9 fərqli anlaşma imzalanıb
Aznews.tv-nin xəbərinə görə, rus heyəti ilə 9 fərqli iqtisadi anlaşma imzalanıb. Anlaşmanın çoxu enerji alanında olub.
Sanksiyaların çarəsi ruslarda axtarılır
Özəlliklə, Amerikanın neft sanksiyalarından sonra İranın iqtisadi durumu günü-gündən daha da çətinləşir. İnzivaya çəkilən İran məcbur şərqə doğru yönəlib, çarəni Çin və Rusiyada axtarır.
Bu mövzuda İranın Energetika naziri Rza Ərdəkaniyan da Avrasiyaya üz çevirməyin faydalı olduğunu bildirib. Rza Ərdəkaniyan İsfahanda təşkil edilən Rusiya ilə ortaq iqtisadi toplantıda bu məsələyə diqqət çəkərək, “Avrasiya Birliyinə qatılmaq sanksiyalara qarşı dayanıqlılığımızı çoxaldacaqdır”, – açıqlamasını verib.
Ərdəkaniyan Avrasiya ilə iqtisadi əməkdaşlıqda Ermənistan, Əfqanıstan və Tacikistanın da rolunun mühüm olduğunu bildirib.  Buşehrin nüvə stansiyası da gündəmdəydi  İran mətbuatının verdiyi xəbərə görə, Buşehrin 2 və 3-cü vahid nüvə stansiyası Rusiyanın yardımı ilə yenidən fəaliyyətə başlayacaq. Bu mövzu 4 il sonra gündəmə gəlib. Rus və İran tərəflərinin mətbuata verdiyi bilgilərə görə, iki ölkə su və yeni stansiya mövzusunda da anlaşıblar. Tərəflərin sözügedən anlaşmasında qiymət kimi xırda detallar paylaşılmayıb.
İran hökumətinə müxalif vətəndaşlar dövləti müstəqil olmamaqda ittiham edib, Rusiya və Çinə həddindən artıq imtiyaz verildiyini deyirlər.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button