İranSiyasət

Rusiyanın Tehrandakı səfirliyi: İranda həbs olunan rusiyalı jurnalist sərbəst buraxıldı

Aznews.tv “Azadlıq radiosu” saytına istinadən xəbər verir ki, Rusiyanın Tehrandakı Səfirliyi 10 oktyabr cümə axşamı günü İranda saxlanılan rusiyalı jurnalist Yulia Yuzikin sərbəst buraxıldığını açıqlayıb.

Rusiyanın Tehrandakı Səfirliyinin yaydığı bəyanatda deyilir: “Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Tehrandakı səfirliyinin birgə səyləri nəticəsində İran Rusiya vətəndaşı Yulia Yuzikin sərbəst buraxılmasına razılıq verib”.
Bəyanatda əlavə edilir: “Yulia Yuzik cümə axşamı səhər Aeroflot aviaşirkətinin təyyarəsi ilə Tehranı tərk edərək Moskvaya uçub”.

Rusiyanın Tehrandakı səfirliyinin mətbuat katibi Andrey Qanenko Tass xəbər agentliyinə Yulia Yuzikin sərbəst buraxılmasından sonra vəziyyəti ilə bağlı, rusiyalı jurnalistin özünü “yaxşı” hiss etdiyini bildirib.
Andrey Qanenko əlavə edib: “O sağ-salamatdır”.

Qeyd edək ki, 4 oktyabr cümə günü “Azadlıq radiosu”na məlumat verən bir mənbə, Yulia Yuzik adlı rusiyalı jurnalistin İranda İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanıldığını bildirib.
Yulia Yuzikin saxlanılması xəbəri yayıldıqdan sonra Rusiya Xarici İşlər Nazirliyi İranın Moskvadakı səfirini çağırıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close