Site icon Aznews TV

Rusiyanın raket hücumu nəticəsində Kiyevdə yaralananların sayı 53-ə çatıb

Bu barədə Kiyev meri Vitali Kliçko teleqramda yazıb. Qeyd olunub ki, onlardan 20-si xəstəxanaya yerləşdirilib.

33 nəfərə isə həkimlər yerindəcə tibbi yardım göstəriblər.

Vitali Kliçkonun sözlərinə görə, yaralıların hamısı Dnipro rayonundandırlar. Xəstəxanaya yerləşdirilmiş yaralılar arasında iki uşaq da var.

Kiyev meri açıqlayıb ki, raket qalıqlarının xəstəxana ərazisinə düşməsi nəticəsində orada böyük çuxur əmələ gəlib. Hospitalın pəncərələri sınıb.

Qeyd edək ki, teleqramdakı monitorinq kanalları Rusiyanın Kiyevə “Iskander” olduğu güman edilən dörd ballistik raket atdığını bildirmişdilər, lakin bununla bağlı rəsmi məlumat hələlik verilməyib.

Exit mobile version