
5 dava şirkəti və Sağlamlıq Vəzirliyinin Yemək və Dava İdarəsinin beş müdirinə qarşı pərvəndə açılıb. Bu barədə Tehranın dadsitanı məlumat verib. Əli əl-Qasi Mehr, həmin şirkətlərin ölkənin Mərkəzi Bankından ümumilikdə 954,69,151 dolar ərz aldığını bildirib. Məlumata görə, ərzlər “başqa məsrəflər” üçün xərclənib. Onun sözlərinə görə, 400 sikkə və qızıl almaq ittihamı ilə Sağlamlıq Vəzirliyinin beş müdiri tutuqlanıb. Tehran dadsitanı həmin şirkətlərin və müdirlərin adlarını açıqlamayıb. Xatırladaq ki, keçən ilin tir ayında dava varidatında yol verdikləri qanun pozuntularına görə Sağlamlıq Vəzirliyinin bir sıra müdirləri həbs olunub.