Cəmiyyətİran

Şəbistər millət vəkili cəmiyyətdə təbəqələşməni tənqid edib

Aznews.tv Nasrnews saytına istinadən xəbər verir ki, Ağapur bu barədə deyib: Bəzi kəndlərdə qızlar alver predmetinə çevrilir!

İran Parlamentinin Qadınlar Fraksiyasının sədr müavini Cəmiyyətdə təbəqələşmənin artması ilə, həssas təbəqənin bir o qədər ədalətsizliklə üzləşdiyini tənqid edib.

O bildirib: “Yaxşı iqlimli olan şəhərlər və kəndlər ətrafında varlı insanlar özlərinə villa tikib, uşaqları və gənc qızları işə götürür və onları alver predmetinə çevirirlər”.

“Nəsr” agentliyinin məlumatına görə, Kohkiluye və Boyurəhməd vilayətinin Likək şəhərində 9 yaşlı qızın 30 yaşlı oğlanla müvəqqəti nikah edilməsinə münasibət bildirən Məsumə Ağapur Əlişahi deyib: “Dəfələrlə evlilik yaşının artırılmasını nəzərdə tutan qanun layihəsinin qəbuluna israr etdik və fəryad çəkdik, təəssüf ki, nəinki məsələyə baxılmadı, Məhkəmə və Hüquq Komissiyası tərəfindən də rədd edildi.”

Bəziləri araşdırma aparmadan uşaqların erkən yaşda ərə verilməsi layihəsini qanuni məcrasından çıxartmağa çalışıblar

Parlamentin Qadınlar Fraksiyasının sədr müavini uşaqların erkən yaşda ərə verilməsi layihəsini Məclisdə qəbul etmək üçün bütün səylərini etdiyini deyərək əlavə edib: iqtisadi və mədəni yoxsulluq və təhsil imkanlarının olmaması belə evliliklərin baş verməsində rol oynayır; təəssüf ki, bəziləri iqtisadi yoxsulluq səbəbindən və süd pulu almaq üçün öz qızlarını çox yaşlı insanlarla müvəqqəti nikaha girməsinə razılıq verirlər ki, hər ay süd pulu olaraq bəydən müəyyən məbləğ alsın və bu vəsaitlə dolana bilsinlər və bu, çox yayılmış və ağrılı mövzudur.

Gənc qızlar xoş iqlimli şəhər və kəndlərdə varlı insanlar tərəfindən ticarət predmetinə çevrilir

O əlavə edib: “Gözəl iqlimli olan şəhərlər və kəndlər ətrafında varlı insanlar özlərinə villa tikib, imkanları hesabına uşaqları və gənc qızları işə götürür və onları alver predmetinə çevirirlər və Cəmiyyətdə təbəqələşmə artıqdca, həssas təbəqə bir o qədər ədalətsizliklə üzləşir”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button