Cəmiyyətİran

Şəbüstər-Təsuc yolunda qəza: 4 ölü, 2 yaralı

Şəbüstər-Təsuc yolunda avtomobil qəzası baş verib.

Aznews.tv xəbər verir ki, Şərqi Azərbaycan Təcili Xidmətindən verilən məlumata görə qəza yük maşınının “Pride” markalı maşınla toqquşması nəticəsində meydana gəlib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Təcili yardım mütəxəssisləri “Pride”-in 3 sərnişinin hadisə yerində, digər bir sərnişinin isə Şəbistər xəstəxanasına aparılarkən yolda həyatını itrdiyini bildirib. Qəzanın qurbanları bir ailənin üzvü, 28 yaşlı ata, 25 yaşlı ana, 5 və 2 yaşlı uşaqlardır.

Yaralılardan ikisi tibbi müalicə altına alınaraq xəstəxanaya aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button