Cəmiyyətİran

Şəffaflıq və Ədaləti Müdafiə Təşkilatı: İranlı şagirdlər tibb fakültəsinə qəbul olmaq üçün Əfqanıstan vətəndaşlığını qəbul edirlər

Aznews.tv “İranintl” saytına istinadən xəbər verir ki, Şəffaflıq və Ədaləti Müdafiə Təşkilatının direktoru universitetlərdə yerlərin ayrılması ilə bağlı hüquqi boşluqların olmasını tənqid dərək, bəzi iranlı şagirdlərin ölkə universitetlərində tibbi fakültədə təhsil almaq üçün Əfqanıstan vətəndaşlığına keçdiklərini bildirib.

Şəffaflıq və Ədaləti Müdafiə Təşkilatının işçi qrupunun katibi Hamun Sebti oktyabrın 8-də “Həmşəhri” qəzetinə verdiyi müsahibədə Əfqanıstan vətəndaşları üçün ödənişli tibbi təhsil haqqında Qanuna toxunaraq deyib: “Əldə olunan məlumatlara görə, bəziləri həmin Qanun vasitəsilə öz vətəndaşlıqlarını dəyişdirib və ya vətəndaşlıqlarını dəyişdirmək niyyətindədir; bu o deməkdir ki, iranlı şagird tibbi etiketi pulla ala bilmək üçün İran vətəndaşlığından belə imtina etməyə hazırdır”.

Bundan əvvəl də bir sıra millət vəkilləri universitetlərdə yerlərin satılması iulə bağlı halları tənqid etmişdilər.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close