AzərbaycanMədəniyyət və incəsənət

Şəhriyarla bağlı xatirələr çap olundu

Görkəmli şair Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş “Məhəmmədhüseyn Şəhriyar xatirələrdə” kitabı çapdan çıxıb.

Azərbaycan Respublikasında “Hədəf” nəşriyyatında “Xatirə ədəbiyyatı” silsiləsindən nəşr olunan kitabın tərtibçisi və “Ön söz” müəllifi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuad, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, redaktoru Səbuhi Şahmursoydur.

Kitab böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində şairin öz xatirələri də yer alıb. Əlavə olaraq, şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazıları kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. Böyük söz ustadının ömrünün son saatları və ölümü də anbaan şahidlərin xatirələrindən oxuculara anladılır.

“Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close