Cəmiyyətİran

Sərbaz şəhərində etiraz aksiyaları və toqquşmalar baş verib

Sərbaz şəhəri ətrafında etiraz aksiyaları və toqquşmalar baş verib.

Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılan, eləcə də Sistan və Bəluçistan ustanından göndərilən görüntülərdə əksini tapıb.

Bu etirazlar sünni ruhani və Sərbaz şəhərinin Pəşaməg bölgəsinin imam-cüməsi Moləvi Fəzlurəhman Kuhinin Təhlükəsizlik İdarəsinə çağırılması xəbərinə cavab olaraq keçirilib.

Məlumatlara görə, Kuhi ötən həftə xüsusi Ruhaniyət məhkəməsinə çağırılıb.  Onun məhkəmədən qayıtmamasına görə tutulması ehtimal edilir.

Xəbərlərə görə, etirazçılar Sərbaz-Çabhar yolunu və başqa bir yolu bağlayıblar. SEPAH qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silah və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Şənbə günü baş verən hadisələrin görüntüsündə də davamlı güllə səsləri eşidilir. İğtişaşlarda azı üç nəfərin yaralandığı və bir nəfərin tutulduğu bildirilir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close