Cəmiyyətİran

Sərdəri şəhərində yerləşən banka silahlı hücum edildi

Təbriz şəhristanının Sərdəri şəhərində yerləşən bankda silahlı oğurluq hadisəsi baş verib.

Aznews.tv xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Polis Komandanlığının ictimai müavini, Sərhəng Haşim Şafei məlumat verib.

Məlumata görə, ötən gün, sentyabrın 1-i günorta saat 14:30-da 1 nəfər silahlı şəxs Sərdəri şəhərindəki bir banka silahlı hücum edib.

Silahlı şəxs kəmər koltu ilə bank məsullarından birini təhdid edərək 40 milyon məbləğində pulu alıb və avtomobillə hadisə yerindən uzaqlaşıb.

Oğurluqda istifadə edilən avtomobil  polis tərəfindən aşkarlanıb. Oğrunun həbsi ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, ustan polisi Şərqi Azərbaycanın oğurluq statistikasının ötən illərlə müqayisədə 17 faiz artdığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button