Bölgə

Ararat Mirzoyan: “İranla əlaqələrimizi hərtərəfli inkişaf etdirmək niyyətindəyik”

Ermənistanın xarici işlər vəziri Ararat Mirzoyan ölkəsinin İranla münasibətlərini hərtərəfli inkişaf etdirmək və dərinləşdirmək istədiyini deyib.

Ermənistanın xarici işlər vəziri Ararat Mirzoyan ölkəsinin İranla münasibətlərini hərtərəfli inkişaf etdirmək və dərinləşdirmək istədiyini deyib.

“Aznews tv” xəbər verir ki, bu barədə onun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə İrəvanda “Ermənistan- İran: tarixi keçmiş və bu gün” adlı tədbir iştirakçılarına ünvanladığı müraciətdə məlumat verilib.

Mirzoyan, həmçinin İran İslam Cümhuriyyətinin ölkəsi üçün müxtəlif sahələrdə mühüm tərəfdaş olduğunu və Ermənistanla ticari əlaqələrdə əsas ölkələrdən birinə çevrilməyə davam etdiyini deyib.

Qeyd etmək lazımdır ki, Qarabağın işğalı dövründə Ermənistan Azərbaycan tərəfindən iqtisadi mühasirəyə salınmışdı. Lakin bu illər ərzində İran Ermənistana hər cür dəstək göstərərək işğalın davam etməsi üçün münbit şərait yaradırdı. Qarabağın azad edilməsindən sonra isə İran Ermənistana dəstəyini daha da artırıb.

Related Articles

Bir cavab yazın

Back to top button