Dünya

Rusiyadan İranın metal birləşməli uranium istehsal etməsinə münasibət

Rusiya xarici işlər vəzir müavini İranın uraniumun filiz birləşməsini toolid etməyə başlamasına münasibət bildirib. Serqey Ryabkov rəsmi Tehranı təmkinli və məsuliyyətli olmağa çağırıb. Bu addımın atom anlaşmasını təhlükəyə atdığını vurğulayıb. Bildirək ki, Atom Enerjisi üzrə Beynəlxalq Ajansın baş müdiri Rafael Qrossi bəyan edib ki, İran uraniumun filiz birləşməsinin tolidinə başlayıb. “Nətənz” atom saytına yeni təchizat quraşdırdıqdan sonra bu maddədən az miqdarda toolid edib. Vurğulayaq ki, bu addım atom anlaşmasının pozulması deməkdir. Çünki İran anlaşma çərçivəsində 15 il müddətinə filiz uraniumunun araşdırılması və gəlişdirilməsi ilə məşğul olmamaq öhdəliyi götürüb.

Related Articles

Bir cavab yazın

Back to top button