Cəmiyyətİran

Şərqi Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Şərqi Azərbaycanda koronavirusun ikinci dalğası yayıla bilər.

Bu sözləri Şərqi Azərbaycanın təhlükəsizlik üzrə müavini Əliyar Rastqu koronavirusun ikinci dalğasının ola biləcəyi ilə bağlı xəbərdarlığında deyib. O, vətəndaşların iqtisadi durumunun karantin rejiminin icrasına mane olduğunu bildirib:

“Millət gündəlik ehtiyacını ödmək üçün həyatını təhlükəyə ataraq evdən çölə çıxır. Qeyri-zəruri gəliş-gedişlər davam etdikcə virusun yayılması qaçınılmazdır. Karantin rejimi aprelin 8-dək davam edəcək. Ancaq insanların iqtisadi şəraiti karantinin icra olunmasına mane olacaq. Bu gün Azərbaycan milləti çətin bir durumda yaşayır. İqtisadi problemlərini həll etmək üçün hər gün işləməlidir. Odur ki, millət məcbur qalıb, ailəsini dolandırmaq üçün həyatını təhlükəyə atır”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close