Cəmiyyətİran

Şərqi Azərbaycanda koronavirusa yoluxma rekord həddədir

Əhalinin səhhətinə etinasızlığına görə koronavirusuna yoluxma rekord səviyyəyə yüksəlib.

Son statistikaya əsasən Şərqi Azərbaycanda koronaya 487 tutulub, 39 nəfər isə ölüb.

Bu barədə Təbrizin Tibb Elmləri Universitetinin sədri Məhəmməd Hüseyn Somi məlumat verib. O bildirib ki, Şərqi Azərbaycanda əhalinin gigiyenik tövsiyələrə etinasızlığına görə koronavirusuna yoluxma halı rekord həddə yüksəlib.

“17 mart tarxində koronaya yoluxmada 170 nəfər şübhəli şəxs xəstəxanaya qəbul olunaraq yatırılıb. Onlardan 78-nin yoxlanılmaları müsbət nəticə verib. Bir gündə yoluxma üzrə hansısa azalma olduqda, virusun nəzarətə alınması anlamına gəlmir. Ümid edirəm ki, Səhiyyə Şəbəkəsinin və SEPAH Pasdaranın əməkdaşlığı ilə icra olunan Korona ilə Mübarizəyə Çağırış Planında virusa tutulan şəxslərin müəyyənləşdirilməsi və müalicələri yaxşı olacaq”.

Somi 17 mart tarixində koronadan ölənlərin sayının 7 nəfər olduğunu bildirib:

“Onlardan 3-ü bir müddət əvvəl xəstəxanada yatırılmış və müalicələrinin gedişi təsirli olmayan şəxslər olub. Ümumilikdə ölənlərin sayı 39 nəfər, virusa yoluxanların sayı isə 487 nəfərə çatıb. Gigiyenik qaydalara və tövsiyələrə riayət olunmasa, insanlar izdihamlı yerlərdə olmalarını davam etdirsələr, virusa yoluxanların sayının proqresiv artımı qaçınılmazdır”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close