CəmiyyətİranSağlıq & Yaşam

Şərqi Azərbaycanda narkotik maddələrin istifadəsinə görə 36 nəfər həyatını itirib

Cari ilin ilk üç ayında 36 nəfər narkotik maddələrdən istifadə nəticəsində həyatını itiriblər.

Bu barədə Şərqi Azərbaycan Məhkəmə Tibbi Ekspertizasının Baş direktoru Artın Kəmali məlumat verib. O bildirib ki, ölənlərdən ikisi xanımdır.

“Ötən ilin ilk üç ayında bu rəqəm 26 nəfər təşkil edirdi. Cari il ilə müqayisədə 10 nəfərin çoxaldığını görürük.

Şərqi Azərbaycanın ötən ilki statistikasına görə 93 nəfər narkotik maddələrlərdən istifadə nəticəsindən həyatını itirmişdir ki, onun 4-ü xanım olub”, – deyə, Kamali bildirib.

Xatırladaq ki, Şərqi Azərbaycanda cari ilin ilk 4 ayında 68 narkotik qaçaqçısı və 1750 narkotik maddələrin ticarəti ilə məşğul olan şəxslər polis tərəfindən yaxalanıb. Onlardan 1 ton 230 kq həcmində müxtəlif narkotik maddələr müsadirə edilib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button