CəmiyyətİranSağlıq & Yaşam

Şərqi Azərbaycanda qrip 10 nəfərin ölümünə səbəb oldu

Şərqi Azərbaycanda 10 nəfər qripdən həyatını itirib.

Bu sözləri Təbriz Tibb Elmləri Universitetinin müavini həkim Roozbe Rəcai açıqlamasında deyib.

“Bu 10 nəfər Təbrizin İmam Rza, Uşaqlar, Sina və Şəms xəstəxanalarında yatarkən A qripi səbəbi ilə ölüblər. Ölənlər böyüklər və uşaqlarıdılar. İndi bir neçə nəfər Təbrizin xəstəxanalarında qrip virusuna yoluxmaqda şübhəli olaraq nəzarətdə saxlanılırlar. Analizlərin cavabı dəqiq bəlli olmayınca qəti söz demək olmaz. Qripin başlanğıc mərhələdə əlamtlərindən, qızdırma, ardıcıl öskürək, ağrı ilə yanaşı bədənin halsızlaşması və xəstəliyin ciddi mərhələsində qanlı öskürək ilə ishal kimi hallar özünü göstərir. Bu xəstəliyin əlamətlərini özünüzdə və ya yaxınlarınızda görsəniz, hər hansı bir iynə-dərmandan özbaşına istifadə etməkdən çəkinin və mütəxəssisə müraciət edin. Qripin yayılması bu il yüksək faiz təşkil edir. Buna görə insanların şəxsi sağlamlıqlarına və gigiyenik qaydalara diqqət yetirmələri tövsiyə olunur”, – o bildirib.

Bu gün Kəleybər Təhsil İdarəsinin məsullarından birinin “Sehrama” xəbər kanalına verdiyi məlumata görə, Kəleybərin ibtidai mədrəsələri və uşaq bağçaları səhər və günorta növbəsinin hər ikisi tətil elan edib. Sağlamlıq mərkəzlərinin istəyi və tapşırığı ilə qripin başqa uşaqlara keçməsinin qarşısını almaq üçün bu addım atılıb.

Qeyd edək ki, tətil ancaq Kəleybəri şəhərindəki mədrəsələrə aidddir və kəndlərə şamil olunmur.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close