İranSağlıq & Yaşam

Şərqi Azərbaycanda tibb bacısı qripdən dünyasını dəyişdi

Şərqi Azərbaycanda qripə yoluxan tibb bacısı dünyasını dəyişib.

Bu barədə Təbriz Tibb Universitetinin rəisi Abdullah Səfəri Tibb bacıları həftəsinin iclasında məlumat verib. O, qrip virusuna yoluxan daha bir tibb bacısının isə nəzarət altında olduğunu bildirib:

«2 tibb bacısı öncədən anfulanza virusuna yoluxub. Onlardan biri dünyasını dəyişib. Digəri isə İmam Rza xəstəxanasına yerləşdirilib və nəzarət altındadır».

Səfəri tibb bacılarının işlərinin çətinliyindən danışıb, eləcə də 340 min nəfər tibb bacısının çatışmazlığından gileylənib:

«Qripin geniş yayıldığı ustanlardan biri idik və İmam Rza xəstəxanasına qripdən gələnlərin çoxu uşaq və yaşlılar idi».

Səhiyyə nazirinin müavini Əlirza Rəiisinin dediyinə görə, ölkədə azı 108 nəfər qripdən dünyasını dəyişib.

Qeyd edək ki, bu il qrip mövsümü başlanandan ölkədə məsul şəxslərin məsuliyyətsizliyi və xəbərləri zamanında düzgün yaymamaları, eləcə də qrip vaksininin çatışmazlığı səbəbindən ölənlər ilə yanaşı çox saylı insan xəstəxanalara yatırılıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close