Bölgə

Ermənilər atəşkəsi 203 dəfə pozublar

bölgədəki Birgə Monitorinq Mərkəzi bu raporu Azərbaycan və Ermənistana təqdim edib.

Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb. Bu barədə “İribnews”un Bakı bürosu xəbər yayıb.

bölgədəki Birgə Monitorinq Mərkəzi bu raporu Azərbaycan və Ermənistana təqdim edib.

Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb. Hazırda mərkəzdə 60 rusiyalı və eyni sayda türkiyəli hərbçi xidmət edir. Onlar dron və insansız uçaqlar vasitəsilə atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Qeyd edək ki, İran mediası da Ermənistanın işğalçı olduğunu konkret və açıq şəkildə etiraf etməyə başlayıb. Azərbaycan xalqının və dövlətinin rəsmi Tehrandan da gözləntisi odur ki, nəhayət Ermənistanı işğalçı dövlət kimi rəsmən tanısın və müsəlman, dost və qardaş Azərbaycan xalqını qoyub işğalçı ölkə ilə günü-gündən genişləndirdiyi siyasi, iqtisadi və ticarət əlaqələrini işğala tamamilə son verilənədək dayandırsın. Bunu həm İslam dəyərləri, həm də İran və Azərbaycan xalqları arasında uzun əsrlərə dayanan ortaq din, dil, tarix, mədəniyyət və dostluq-qohumluq münasibətləri tələb edir.

Related Articles

Bir cavab yazın

Back to top button