DünyaİranMədəniyyət

Şərqi Azərbaycanda üç kitabxana inşa ediləcək

Şərqi Azərbaycanda xeyriyyəçilərin təşəbbüsü ilə üç kitabxana inşa ediləcək.

Aznews.tv xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Ümumi Kitabxanalarının Baş direktoru Şəhram Xudayi məlumat verib.

“Təbriz, Binab və Şəbistər şəhərlərində 120 milyard rialdan çox kreditlə inşa edilən bu kitabxanaların ilin sonuna qədər işə başlayacağına ümid edirik. Vilayətdə 115 ümumi kitabxana var. Standartlara uyğun olaraq hər 25.000 nəfər üçün bir kitabxana yaradılmalıdır. Bu standarta çatmaq üçün Şərqi Azərbaycanda inşa ediləcək 45 kitabxanaya ehtiyacımız var. Kitabxana çatışmazlığının aradan qaldırılmasında xeyriyyəçilərin rolu böyükdür. Məlikan şəhərində 2500 kub metr sahəsi olan kitabxana inşası üçün xeyirxahlardan kömək gözləyir. Bu ilin əvvəlindən may ayına qədər (cari ilin ilk üç ayı, mart, aprel, may) 33,000 kitab oxuculara verilib. Bu, əyalətdə mütaliəçilərin artacağını göstərir”.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button