Dünyaİran

İranla ərəb ölkələri arasında gərginlik yenidən şiddətləndi

Küveyt əmirinin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin sonunda İran körfəzində yerləşən üç mübahisəli ada və "Əl-Dürrə" qaz yatağı ilə bağlı yekun bəyanatı İran tərəfinin sərt reaksiyası ilə qarşılaşıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəyanatla çıxış edib.

O, bu bəyanatın bəzi müddəalarını rədd edərək, bunu müdaxiləçi bəyanat kimi xarakterizə edib:

“Əbu Musa, Böyük Tunb və Kiçik Tunb İran torpağının ayrılmaz və əbədi parçasıdır, onların bu bəyanatda və ya digər görüşlərin təkrar bəyanatlarında qeyd edilməsinin heç bir siyasi və hüquqi dəyəri yoxdur”.

O, İranın öz ərazi bütövlüyü məsələsini müzakirə etmək fikrində olmadığını deyib.

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri martın 4-də İranın “Ərəş” adlandırdığı “Əl-Dürrə” qaz yatağında Səudiyyə Ərəbistanı və Küveytin müstəsna hüququna dair birgə bəyanat yayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button