Azərbaycan

Saleh Kamrani fəxri diploma layiq görülüb

ANT Televiziyasının rəhbəri Saleh Kamrani Azərbaycan cümhurisinin Şəhid Ailələri, Əlillər və Savaş döyüşçülərinin Müdafiəsi İctimai Birliyinin başqanı Tahir Məmmədov tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə şəhid ailələri, əlillər və savaş döyüşçülərinə göstərdiyi diqqət və qayğıya görə fəxri diploma layiq görülüb.
Qeyd edək ki, Saleh Kamraninin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə həssaslıqla yanaşması, qazilərimizin problemlərin həllindəki çalışmaları bu məsələlərin daim diqqətdə saxlanılmasında olduqca əhəmiyyətlidir.
Biz də ANT Televiziyası olaraq Saleh Kamraniyə gələcək fəaliyyətində uğurlar arzu edirik!

Related Articles

Bir cavab yazın

Back to top button