Dünyaİran

İranda həbs olunan isveçli diplomatın atası: “Oğlum 600 gündür cəhənnəm yaşayır”

“The Guardian” qəzeti yazır ki, İsveç vətəndaşı və Avropa İttifaqının diplomatı Yuhan Floderusun atası Mats Floderus oğlunun sözün əsl mənasında cəhənnəm yaşadığını bildirib.

Diplomatın ailəsinin sözlərinə görə, Tehrandakı bədnam Evin zindanında saxlanılan Yohan Floderus mütəmadi konsulluq xidməti və telefon danışığı hüququndan məhrumdur.

Qeyd edək ki, 33 yaşlı isveçli diplomat 2022-ci il aprelin 17-də İranda həbs edilib və son 20 ayı həbsxanada keçirib. Ona qarşı irəli sürülən ittihamlar barədə isə hələlik dəqiq məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button