Cəmiyyətİran

Şərqi Azərbaycanda yol qəzaları: 10 ayda 771 ölü, 15324 yaralı

Şərqi Azərbaycanda baş verən yol qəzaları nəticəsində son 10 ay ərzində 771 nəfər ölüb, 15324 nəfər yaralanıb.

Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertizasının rəhbəri Əli Səfai Fərd məlumat verib.

“Bu ilin ilk 10 ayında baş verən yol qəzaları nəticəsində ölənlərin sayı, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6% azalıb. Keçən ilin eyni dövründə ölənlərin sayı 816 nəfər olub. Bu dövrdə yol qəzalarında ölənlərin arasında 613 kişi və 158 qadındır. Ən çox ölüm hadisəsi şəhərətrafı və kənd yollarında (516 ölü), şəhərdaxili (170 ölü) yollarda, əyalətdən kənarda (24 ölü) və bilinməyən yollarda qeydə alınıb. Eyni müddətdə ölənlərin 25-i yoldan kənarda, 3-ü isə qəzadan 30 gün sonra ölüb. Yanvar ayında əyalətdə baş verən yol qəzalarında 42 nəfər ölüb ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 19 nəfər artıb. 2018-ci ərzində yol qəzaları nəticəsində ölənlərin ümumi sayı 918 nəfər idi. Onlardan 173-ü qadın, 745-i kişi idi. Bu ilin ilk 10 ayında Şərqi Azərbaycan ədli tibb şöbələrinə göndərilən yol qəzaları qurbanlarının sayı 15 min 324 nəfər olub. Cari ilin yanvarında yol qəzalarında yaralanaraq tibb müəssisələrinə gətirilənlərin sayı 117 nəfər idi. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 16% azalma deməkdir”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close