Site icon Aznews TV

Şərqi Azərbaycanın tarixi abidəsi özəl sektora verilib

Bu barədə Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi məlumat yayıb.

Bildirilib ki, abidənin xüsusi sektorun istifadəsinə verilməsi Əl İşləri və Tarixi Binaların Bərpası Fondu ilə bağlanan anlaşma Memorandumu əsasında reallaşıb.

Bu addım İran Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Nazirliyi Azərbaycan abidələrinin bərpası, qorunması və saxlanılması üçün vəsait ayırmadığıma görə atılıb.

Nazirliyin Şərqi Azərbaycan əyalətindəki bölməsi Göycəbel karvansarayının hotel və restoran kimi istifadəsindən əldə edilən gəlirin abidənin qorunub saxlanılması üçün sərf olunacağını deyib.

Qeyd edək ki, Səfəvilər dövrünə aid olan Göycəbel karvansarayı YUNESKO tərəfindən dünya mədəni irsi siyahısında qeydə alınıb.

Exit mobile version