Cəmiyyətİran

Şərqi Azərbaycanın yol qəzalarında 5 nəfər öldü, 14 nəfər yaralandı

Şərqi Azərbaycanın Heris, Əhər və Sərdəri şəhərlərində yol-nəqliyyat hadisələri qeydə alınıb.

Aznews.tv xəbər verir ki, Herisdəki qəza ilə bağlı məlumat verən Təcili Yardım rəisi Rza İbrahimi hadisənin Zərnə-Kalvana yolunda baş verdiyini bildirib.

“Pejo-405” və “Pejo-206” maşınlarının toqquşması nəticəsində ortaya çıxan qəzada 75 yaşlı qadın və 35 yaşlı kişi olmaqla 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar təcili yardım maşını ilə Herisin İmam Hüseyn xəstəxanasına çatdırılıb. 6 yaralıdan üçünün durumu ağır olması səbəbi ilə yaralılar helikopterlə Təbrizin İmam Rza xəstəxanasına köçürülüb.

Sərdəridə baş verən qəza isə “Vanet” yük maşınının təkərinin partlaması ilə ortaya çıxıb. Maşının aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Əhər şəhərində “Neysan” markalı yük maşınının əzadarlıq edən dəstə ilə toqquşması nəticəsində meydana gələn digər qəzada isə 9 yaşlı uşaq ölüb, 5 nəfər yaralanıb.

Hadisə ilə bağlı danışan Əhər Tibbi və Təxirəsalınmaz Mərkəzinin rəisi Murtəza Hüseynzadə qəzanın qəzanın şəhərin Adilabad məhəlləsində meydana gəldiyini bildirib. Hadisə nəticəsində yaralananlar Əhərin Baqirilulum xəstəxanasına yerləşdiriliblər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button