BölgəDünya

Səudiyyə Ərəbistan və ABŞ-ın körfəzdə birgə hərbi manevri başladı

Səudiyyə Ərəbistan və ABŞ-ın körfəzdə birgə hərbi manevri başlayıb.

Bu barədə Səudiyəə Ərəbistanının rəsmi hərbi donanması (WAS) məlumat verib. Məlumata görə, “Dəniz müdafiəsi” adlanan manevrdə Səudiyyə Ərəbistanın Hərbi Dəniz Qüvvələrinin komandiri, general Fahad bin Abdullah al-Qafili və ABŞ-nin körfəzdəki Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının komandiri Ceyms Malvi də iştirak edib.

Dəniz Qüvvələri Generalı Məhəmməd bin Hamed əl-Qamedi, manevrin məqsədinin dəniz təhlükəsizliyini artırmaq, bölgənin sularını qorumaq, eyni zamanda Səudiyyə və ABŞ donanmaları arasında hərbi əməkdaşlıq və döyüş təcrübəsi mübadiləsi etmək olduğunu söyləyib.

“Bu manevrdə hər iki tərəfin də iştirak etdiyi təlim məşqləri var. Təlim bir həftə boyunca körfəzdəki Səudiyyə Ərəbistanın şərqdəki donanmasında davam edəcək və hər iki tərəf Dəniz Qüvvələrinin Hərbi təyyarələrinin iştirakı ilə çoxlu fərziyələri və hərbi taktikləri həyata keçirəcəkdir”, – məlumatda bildirilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close