
Səudiyyə Ərəbistanı Qırmızı dənizdə İrana məxsus gəminin ekipaj üzvlərini xəstəxanaya çatdırıb.
Aznews.tv Səudiyyə Ərəbistanının “SPA” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, əsasən, Ərəb koalisiyasının sözçüsü Türki əl-Maliki bildirib ki, Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin olmamasına baxmayaraq, Səudiyyə qüvvələri İran gəmisinin ekipaj üzvlərinə yardım edərək onları müalicə üçün bu ölkənin Cizan şəhərindəki hərbi hospitala köçürüblər.
“Sözügedən Koalisiya Ciddə şəhərindəki Xilasetmə Mərkəzindən kömək istədikdən sonra bu müraciətə müsbət cavab verildi və İran gəmisinin ekipaj üzvlərini helikopterlə Cizandakı bir hərbi hospitala köçürüb”,- deyə o əlavə edib.
Hadisə baş verən vaxt gəmi Yəmənin Hədidə limanının şimal-qərbində yerləşirdi ki, bu limanda Səudiyyə Ərəbistanının hərbi dəniz qüvvələri Ənsarullah hərəkatının üsyançılarına silah ötürülməsinin qarşısını almağa çalışırlar.
Əl-Maliki bunun bir “humanitar addım” olduğunu bildirərək qeyd edib ki, Qırmızı dənizdə və Bab əl-Hamdeb briqasında yerləşən koalisiya gəmiləri təhlükəsizlikliklə bağlı əməliyyatlarla məhdudlaşmır, zəruri hallarda xilasetmə əməliyyatları da həyata keçirir.
Aznews.tv