CəmiyyətİranSiyasət

Səhiyyə Nazirinin müavini: Bəzi “kənar orqanlar” tələbə nəşrlərinin fəaliyyətinə qanunsuz müdaxilə edir

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin mədəniyyət və tələbə məsələləri üzrə müavini Simasadat Lari tələbə nəşrlərinin məzmununa “kənar orqanlar”ın nəzarətini və bu nəşrlərin fəaliyyətinə müdaxilə etməsini təsdiqləyərək deyib: “Təəssüf ki, universitetdən kənar bəzi qurumlar tələbə nəşrlərində dərc olunan məlumatlara görə tələbəni məhkəməyə verir və bəzi jurnallar bağlanma qərarı ilə üzləşib”.

Səhiyyə Nazirinin müavini 15 sentyabr (24 şəhrivər) bazar günü İSNA-ya müsahibəsində Elm və Səhiyyə Nazirliyinin tələbə nəşrlərinə kənar orqanların müdaxiləsini bu nəşrlərin “problemi” olduğunu bildirib.

O əlavə edib: “Hazırda, bir sıra kənar orqanlar tələbə nəşrlərində dərc olunan məlumatlara görə biizm tələbələrdən məhkəməyə şikayət edib. Tələbələr belə müdaxilələr nəticəsində tələbə jurnallarında işləməyə həvəssiz qalıb”.

Mədəni İnqila Ali Şurası tərəfindən təsdiqlənən Tələbə nəşrlərinə Nəzarət Metodikasına görə, tələbə jurnallarına nəzarət Səhiyyə və Elm Nazirliyi tərəfindən həyata keçirilir və kənar orqanların tələbə nəşrlərinin fəaliyyətinə müdaxilə etməsinə icazə verilmir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button