İran

Səid Məlikpur İranda 11 illik həbsdən sonra Kanadaya qayıtdı

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Kanadada yaşayan iranlı Səid Məlikpur, İranda 11 il həbsdə qaldıqdan sonra nəhayət Kanadaya qayıdıb.

Səid Məlikpurun bacısı Məryəm Məlikpur qardaşının Kanadaya qayıtması ilə bağlı video paylaşıb.

Öz twitter səhifəsində xanım Məlikpur qardaşının sərbəst buraxılması üçün “Kanada rəhbərliyinə” təşəkkür edərək yazıb: “Nəhayət bu kabus sona çatdı”.

Bundan əvvəl, insan hüquqları təşkilatları Səid Məlikpurun 11 ildən sonra ilk dəfə keçən həftə 1.5 milyard tümən dəyərində girov müqabilində məzuniyyətə buraxılması barədə məlumat veriblər.

Kanadada yaşayan iranlı Səid Məlikpur 10 il əvvəl İrana səfər edərkən həbs olunub və 4 oktyabr 2008-ci ildən İranda həbsxanada saxlanılırdı.

İslam Respublikası sözügedən şəxsin “Avizun kimi pornoqrafik saytlar” yaratdığını iddia edib və hətta onun etiraflarını yayımlayıb. Eyni vaxtda, Məlikpurun müdafiəçisi Mahmud Əlizadə Tabatabayi irəli sürülən iddianı rədd edərək müvəkkilinin kompüter mütəxəssisi olduğunu və onun xəbəri olmadan yazdığı proqramdan həmin saytların dizaynı üçün istifadə edildiyini bildirib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button