
“ANT” xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan deyib.
Onun sözlərinə görə, Sərkisyan Qarabağı Ermənistana bağlı saxlamaq üçün ATƏT-in Minsk qrupunun ətraf ərazilərin Azərbaycana təhvil verilməsinə dair təklifi ilə razılaşmaq istəyib:
“Lakin o, son anda geri çəkildi və bu tarixi yükün altına girə bilmədi. Beləliklə “artsax”ın ıtrafındakı ərazilər də qaytarılmadı. Sərkisyan hələ o zaman məsuliyyətdən qaçmağa, bu məsələdə səlahiyyəti parlamentin üzərinə yıxmağa çalışırdı. Bəzən 2016-cı ildə aprel ayındakı döyüşlərdən sonra iyulun 17-də başlayan silahlı qiyamın Sərkisyanın bu məqsədi ilə bağlı olduğunu düşünürəm.
İyul qiyamında hazırkı baş nazir Nikol Paşinyanın da iştirakı diqqət çəkir. Serj Sərkisyanı istefaya səsləyənlərdən biri də o idi. Hazırkı baş nazir Sərkisyanı birinci prezidenti Levron Ter-Petrosyanla əlbir olmaqda və Qarabağın ətraf ərazilərinin təhvil verilməsini hədəfləməkdə ittiham edib. Beləliklə Sərkisyanın təhvillə bağlı düşüncələri icra edilmədi. Yəni doğurdanmı o zaman bu iki arasında əməkdaşlıq olub? Yalnız gələcəkdə indiki məxfi sənədlər açıldıqda biz Sərkisyan və Paşinyanla bağlı həqiqəti öyrənə biləcəyik”.
Qeyd edək ki, 2016-cı ildə Aprel döyüşlərindən sonra, iyulun 17-də bir qrup parlament nümayəndəsi Sərkisyan hökumətinı qarşı silahlı üsyan qaldırdıqlarını elan ediblər. Bu zaman onun prezident vəzifəsindən istefası tələb olunub. O zaman hətta silahlı dəstə bir qrup hökumət nümayındəsini əsir götürüb. Daha sonra separatçılardan Vitali Balasanyan araya girib və onların azad edilməsinə nail olub.