İdmanİran

Şərqi Azərbaycan şagirdləri futsalda Asiya Çempionu oldular

Şərqi Azərbaycan şagirdləri futsalda Asiya Çempionu olublar.

Aznews.tv xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Asiya Tələbə Futsal Yarışmasının finalı Taylandın Bangkok şəhərində baş tutub. Oyunda 6 komanda iki qrupda çıxış edib.

İranı təmsil edən Şərqi Azərbaycan futsal komandası Tailand və İndoneziya komandalarını məğlub edərək yarımfinala yüksəlib. Sonra Çini məğlub edərək, finalda Asiya çempionatını ev sahibiyi edən Tayland kamandası ilə yarışıb. Əyalətin öyrənci Futsal komandası İran milli komandasını təmsil edərək Asiya çempionatında Tayland komandasına 5-2 hesabı ilə məğlub edərək Asiya çempionu olub.

Qeyd edək ki, Şərqi Azərbaycan futsal komandası ötən il ölkə yarışmalarında birinci olmuşdu və ilk Asiya şagird futsal turnirində İranın təmsilçisi olaraq iştirak etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button